AZ
EN RU

Konsultasiya

Mesajınızı göndərməklə siz bizimlə tanış olduğunuzu və məxfilik və məlumatların saxlanması siyasəti ilə razılaşdığınızı qəbul edirsiniz. legal privacy and cookies policies.

Rezervasiya

Mesajınızı göndərməklə siz bizimlə tanış olduğunuzu və məxfilik və məlumatların saxlanması siyasəti ilə razılaşdığınızı qəbul edirsiniz. legal privacy and cookies policies.
Yenee

Bizim fəlsəfəmiz

Daha sağlam və ruhlandırıcı həyat

“YENEE”-nin fəlsəfəsi hər bir şəxsə fərdi yanaşma göstərərək hərtərəfli sağlamlıq və balanslı həyat tərzi təmin etməkdir. Biz fəlsəfəmizdə tam sağlamlıq harmoniyası üçün bədən, şüur və ruh ahənginin vacibliyinə inanır və buna nail olmaq üçün hər üç aspekti diqqət mərkəzində saxlayırıq.

Yenee

Missiyamız

Biz insanlara fiziki, mental və emosional cəhətdən sağlam həyat tərzi üçün stimul verən innovativ həllər təqdim etməyə çalışırıq. Xidmətlərimiz vasitəsilə insanları pozitiv həyat tərzinə ilhamlandırmağı və cəmiyyətimizi sağlamlıqla bağlı məqsədlərinə çatmaqda dəstəkləməyi hədəfləyirik.

Yenee

Vizyonumuz

Vizyonumuz hər kəsin həyatını ən yüksək səviyyədə yaşaması üçün ehtiyac duyduğu vasitələr və resurslara malik olduğu bir dünya yaratmaqdır. Biz sağlam həyat tərzini seçənlərə ideal sağlamlıq və xoşbəxtliyə aparan yolda bələdçilik edərək etibarlı tərəfdaş olmağa çalışırıq.

Optimal sağlamlıq
təcrübəsinə aparan yol

Bizim özəl sağlamlıq proqramımız olan Yenee Wellness ilə holistik sağlam həyat tərzinin sirlərini kəşf edin. Fərdi ehtiyaclarınız üçün uyğunlaşdırılmış bu transformativ proqram ənənəvi və müasir müalicə təcrübələrini bir araya gətirir.

Dəyərlərimiz

1
Holistik qayğı

Qonaqların sağlam həyat tərzi sürməsinə kömək etmək üçün ilkin sağlamlıq proqramından kənara çıxan hərtərəfli dəstək göstəririk.

2
Gücləndirmə

İnsanlara dvamlı dəstək, motivasiya və resurslar təklif edərək onlara öz sağlamlıqlarına məsuliyyət daşımalarına imkan yaradırıq.

3
Uzunmüddətli dəstək

Davamlı dəstəyə diqqət yetirməyimizdə məqsəd insanların yaşam tərzi ilə bağlı müsbət dəyişiklikləri uzunmüddətli və qalıcı etmələrinə təşviqdir.

4
Fərdi yanaşma

Dəstəyimizi hər qonağın fərdi ehtiyaclarına və məqsədlərinə uyğunlaşdıraraq fərdi yanaşma təqdim edirik.

5
İnnovasiya

Sürətlə dəyişən ehtiyacları ödəmək üçün qabaqcıl həll yolları təqdim edərək daim təkmilləşməyə və sağlamlıqla bağlı tendensiyalarda ön sırada olmağa çalışırıq.

Sizə uyğun proqramı tapın

Hansı sağlamlıq proqramının sizin üçün düzgün seçim olduğunu bilmirsiniz? Həyat tərziniz və sağlamlığınız haqqında 4 sualı cavablamaqla sizə uyğun olan sağlamlıq proqramını öyrənin.

Yenee