AZ
EN RU

Konsultasiya

Mesajınızı göndərməklə siz bizimlə tanış olduğunuzu və məxfilik və məlumatların saxlanması siyasəti ilə razılaşdığınızı qəbul edirsiniz. legal privacy and cookies policies.

Rezervasiya

Mesajınızı göndərməklə siz bizimlə tanış olduğunuzu və məxfilik və məlumatların saxlanması siyasəti ilə razılaşdığınızı qəbul edirsiniz. legal privacy and cookies policies.

Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?

Sürətlə dəyişən müasir dünyada sağlam həyat tərzi sürmək çox vaxt çətin bir mübarizə kimi görünə bilər.

Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?

Sürətlə dəyişən müasir dünyada sağlam həyat tərzi sürmək çox vaxt çətin bir mübarizə kimi görünə bilər. Diqqəti yayındıran amillər və bitmək bilməyən öhdəliklərimiz sayəsində çox vaxt sağlamlığımızın qeydinə qalmağı arxa plana keçirmək məcburiyyətində oluruq. Lakin sağlam həyat tərzinin enerji səviyyəsini yüksəltməsi, əhval-ruhiyyə və yuxunu yaxşılaşdırması, xroniki xəstəlik risklərini azaltması kimi. faydaları danılmazdır faktordur. Bəs buna nail olmaq və ona sadiq qalmaq üçün özümüzdə motivasiyanı necə tapa bilərik? Maneələri dəf edərək motivasiyanı qoruyub saxlamağa kömək edəcək bəzi praktik strategiyaları təqdim edirik.

Şəxsi səbəblərinizi müəyyən edin

Sağlam həyat tərzinə nail olmaq üçün ilk addım bu dəyişikliyi etmək istəyinizin şəxsi səbəblərini anlamaqdır. Enerji səviyyənizi artırmaq, psixi sağlamlığınızı yaxşılaşdırmaq və ya xəstəlik riskinizi azaltmaq istəyirsiniz? “Nəyə görə” sualının cavabını müəyyən etməklə siz çətin anlarda belə diqqətinizi cəmləyəcək güclü motivasiya mənbəyi yaradırsınız.

Atılacaq addım: daha sağlam bir həyat tərzi keçirmək istəyinizin səbəbləri barədə düşünmək və onları qeyd edərək siyahı halına gətirmək üçün bir az vaxt ayırın. Həmin siyahını həmişə görəcəyiniz yerdə saxlayın ki, məqsədlərinizi hər an sizə xatırlatsın.

Qarşınıza real məqsədlər qoyun

Daim motivasiyada qalmaq üçün qarşıya əldə edilə bilən və konkret məqsədlər qoymaq çox vacib nüansdır. “Daha sağlam olmaq istəyirəm” kimi qeyri-müəyyən qərarlar əvəzinə “Hər gün 30 dəqiqə gəzəcəyəm” və ya “Gündə ən azı beş porsiya meyvə və tərəvəz yeyəcəyəm” kimi konkret məqsədlərə yönəlin.

Atılacaq addım: Uzunmüddətli məqsədlərinizi daha kiçik və idarə edilə bilən addımlara bölün. Motivasiyalı qalmaq üçün qət etdiyiniz yol boyu qazandığınız hər kiçik qələbəni qeyd edin.

Sizə dəstək olacaq mühitlə əhatələnin

Sizə dəstək olacaq mühitlə  əhatələnmək daha sağlam həyat tərzinə doğru yolda əhəmiyyətli fərq yarada bilər. Dostlar, ailə və ya onlayn icmalar sizə dəstək ola, öz məsləhətlərini bölüşə və sizi məsuliyyətli olmağa təşviq edə bilər.

Atılacaq addım: Sağlamlıqla bağlı məqsədlərinizi inandığınız biri ilə bölüşün və ondan dəstək istəyin. Oxşar düşüncədə olduğunuz insanlarla tanış ola biləcəyiniz bir qrupa və ya dərsə qoşulmaq barədə düşünün.

Etdiklərinizdən zövq alın

Sağlam həyat tərzi sürmək üçün ən böyük maneələrdən biri də onu bir vəzifə kimi görməkdir. Həqiqətən zövq aldığınız məşğuliyyətləri tapın və onları gündəlik həyatınıza daxil edin. Rəqs, yürüş, üzgüçülük, yemək hazırlamaq kimi məşğuliyyətlərin səbirsizliklə gözlədiyiniz rutin olduğundan əmin olun.

Atılacaq addım: Bəyəndiyinizi tapana qədər müxtəlif fiziki məşğuliyyətləri və sağlam reseptləri sınayın. Unutmayın ki, müxtəliflik həyəcanı artırır.

Əvvəlcədən plan qurun

Sağlamlıqla bağlı niyyətlərinizi poza biləcək maneələri dəf etmək üçün öncədən hazırlıqlı olmaq çox vacibdir. Yeməklərinizi, idman məşqlərinizi planlaşdırın və mütəmadi su qəbulu üçün xatırlatmalardan istifadə edin. Əvvəlcədən qurulmuş plan sayəsində  məqsədlərinizə fokuslanmaq daha asan olur.

Atılacaq addım: Yeməklərinizi və idman məşqlərinizi planlaşdırmaq üçün hər həftə bir az vaxt ayırın. Zərərli qidalardan qaçınmaq üçün əvvəlcədən sağlam qəlyanaltılar hazırlayın.

Peşəkar sağlamlıq proqramlarına yazılın

Vaxtaşırı mütəxəssislər tərəfindən hazırlanmış sağlamlıq proqramlarına qoşulmaq sizə strukturlaşdırılmış plan, təcrübə və əlavə motivasiya verə bilər. Bu proqramlar çox vaxt fərdi məsləhət, mütəxəssis dəstəyi və oxşar məqsədləri olan iştirakçılardan ibarət icma təqdim edir.

Atılacaq addım: Maraqlarınıza və məqsədlərinizə uyğun sağlamlıq proqramlarını araşdırın. Fiziki sağlamlıq, qidalanma, psixi sağlamlıq və ya holistik sağlamlıq kimi sahələrdə peşəkar istiqamət verən proqramlara qoşulmaq barədə düşünün.

Özünüzə qarşı şəfqətli olun

Unutmayın ki, heç kəs mükəmməl deyil. İdman məşqi etmədiyiniz və ya o qədər də sağlam olmayan bir yemək yediyiniz günlər olacaq. Qınamaq əvəzinə özünüzə qarşı şəfqətli davranın və özünüzü günahkar hiss etmədən düzgün yolunuza qayıdın.

Atılacaq addım: Mükəmməlliyə deyil, inkişafa diqqət yetirərək müsbət düşüncə tərzi yaradın. Uğursuzluğun qət etdiyiniz yolun bir hissəsi və öyrənmək, inkişaf etmək üçün bir fürsət olduğunu özünüzə xatırladın. 

İnkişafınızı izləyin

İnkişafınızı izləmək inanılmaz dərəcədə motivasiyaverici ola bilər. Bir gündəlik tutun və ya idman məşqlərinizi, qidalanmanızı və ümumi sağlamlıq vəziyyətinizi izləmək üçün bir tətbiqdən istifadə edin. Səylərinizin real nəticələrini görmək motivasiyanızı və qətiyyətliliyinizi artıra bilər.

Atılacaq addım: Sizin üçün ən uyğun olan izləmə üsulunu seçin və onu gündəlik vərdiş halına gətirin. İnkişafınızı mütəmadi olaraq nəzərdən keçirin və lazım olduqda məqsədlərinizdə dəyişikliklər edin.

Nəticə

Sağlam həyat tərzinə gedən yola çıxmaq qətiyyətlilik və əzmkarlıq tələb edən faydalı bir təşəbbüsdür. Motivasiya mənbələrinizi anlamaq, real məqsədlər qoymaq, dəstək sistemi yaradaraq sizə dəstək olacaq mühitlə əhatələnmək, etdiklərinizi zövqlə etmək, əvvəlcədən planlar qurmaq, özünüzə qarşı şəfqətli olmaq,  inkişafınızı izləməklə maneələri dəf edə və motivasiyalı qala bilərsiniz. Unutmayın ki, hər bir kiçik addım önəmlidir və ən vacibi irəliləməkdir. Gələcəkdəki “siz” bunun üçün sizə təşəkkür edəcək!

Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?
Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?
Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?
Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?
Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?
Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?
Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?
Motivasiya axtarışında: Sağlam həyat tərzinə necə nail ola bilərik?

Sağlam həyat bilgiləri

YENEE haqqında ən çox soruşulanlar

YENEE sağlamlıq proqramını digər proqramlarından nə ilə fərqlənir?

YENEE haqqında ən çox soruşulanlar