“YENEE” digər sağlamlıq proqramlarından nə ilə fərqlənir?
“YENEE” fərdi yemək planları, spa xidmətləri, bənzərsiz masaj texnikaları, incəsənət terapiyası və psixi sağlamlıq fəaliyyətlərini əhatə edən sağlamlığa holistik yanaşma təqdim edir. Bizi fərqləndirən xüsusiyyət qonaqlarımızın uzunmüddətli sağlamlıq əldə etməsini təmin edərək sağlamlıq proqramının seansları arasındakı fasilələrdə onlara davamlı olaraq dəstək göstərmək və gedişatı izləmək öhdəliyimizdir.
“YENEE” proqramında hansı tezliklə iştirak etməliyəm?
Hərtərəfli sağlamlıq proqramı üçün ildə iki dəfə “YENEE” proqramında iştirak etməyinizi tövsiyə edirik. Bu seanslar arasında sağlam həyat tərzini davam etdirməyinizə kömək etmək üçün sizə daimi dəstək göstəririk.
“YENEE”-dən hansı növ daimi dəstəyi gözləyə bilərəm?
Daimi dəstəyimizə proqram sonrası konsultasiyalar, fərdi rəhbərlik və motivasiyaedici materiallar daxildir. Sağlamlıqla bağlı məqsədlərinə nail olmalarına kömək etmək və həyat tərzində uzunmüddətli dəyişikliklər etməyə ilham vermək üçün qonaqlarımızla daim əlaqədə oluruq.
Fərdi qidalanma planlarını necə hazırlayırsınız?
Konkret qida məhsullarına qarşı tolerantlığınızı müəyyən etmək üçün xüsusi və eksklüziv qan analizi üsulundan istifadə edirik. Bu, həm fərdi ehtiyaclarınıza və seçimlərinizə uyğun bir qidalanma planı hazırlamağımıza imkan verir, həm də optimal sağlamlıq və rifahı təmin edir.
“YENEE” proqramından kimlər faydalana bilər?
Xidmətlərimiz uzunmüddətli dəstək və holistik proqram təcrübəsi qazanmaq istəyən şəxslər üçün idealdır. Buraya daimi dəstəyə ehtiyacı olan, sağlam həyat tərzini davam etdirməkdə maraqlı olan və sağlamlığa aparan yolda davamlı motivasiyaya dəyər verən insanlar daxildir.
“YENEE” proqramına hansı xidmətlər daxildir?
Çoxşaxəli proqrama fərdi qidalanma planları, sağlamlıq-spa xidmətləri, bənzərsiz masaj texnikaları, incəsənət terapiyası seansları və psixi sağlamlıq fəaliyyətləri daxildir. Qeyd edilən xidmətlər daimi dəstək sistemi vasitəsilə tamamlanır.
“YENEE” sağlamlıq proqramı neçə müddət davam edir?
Baxmayaraq ki, sağlamlıq mərkəzimizi ildə iki dəfə ziyarət etməyinizi tövsiyə edirik lakin, proqram bu ziyarətlər arasında daimi dəstəyi təmin edəcək şəkildə hazırlanmışdır. Bu yanaşma sağlamlığa aparan yol boyunca istiqamətləndirilməyinizi və motivasiya almağınızı təmin edir.
“Yenee”-də sağlamlıq proqramını özümə uyğun olaraq fərdiləşdirə bilərəm?
Bəli, yanaşmamızı hər qonağın fərdi ehtiyaclarını ödəyəcək və məqsədlərini yerinə yetirəcək şəkildə uyğunlaşdırırıq. Sağlamlıq proqramınız və sonrakı dəstək sizə mümkün olan ən yaxşı nəticələri vermək üçün fərdiləşdiriləcəkdir.
“YENEE” incəsənət terapiyası ümumi sağlamlığa necə fayda verir?
İncəsənət terapiyası holistik yanaşmanın ayrılmaz hissəsidir. O, ümumi psixi və emosional sağlamlıq vəziyyətinizi yaxşılaşdıraraq stresi azaltmağa, özünüzü ifadə etməyə və emosional sağlamlığınızı yaxşılaşdırmağa kömək edir.
“YENEE” sağlamlıq proqramı xüsusi sağlamlıq problemləri olan insanlar üçün uyğundurmu?
Fərdi yanaşmamız bizə müxtəlif sağlamlıq ehtiyaclarını ödəməyə imkan verir. Lakin hər hansı yeni sağlamlıq proqramına başlamazdan əvvəl, xüsusən də əgər xüsusi sağlamlıq problemləriniz varsa həkiminizlə məsləhətləşməyi tövsiyə edirik.